NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Azərbaycan-Ermənistan-RF komissiyasının iclasları bəzi məsələlərdə konsensus olmadığına görə keçirilmir

...

Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi regional kommunikasiyaların açılması üzrə üçtərəfli komissiya bəzi məsələlərdə konsensusun əldə edilməməsi səbəbindən iclaslarını davam etdirmir.

"Şərq qapısı" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu baş nazirin müavini Mher Qriqoryan parlamentdə bildirib.

“Xeyr, iclaslar davam etdirilmir. Bilirsiniz ki, konsensusun əldə edilməli olduğu fundamental məsələlər var. Konsensus əldə olunmayana qədər detalları müzakirə etmək mənasızdır”, – o bildirib.

Üçtərəfli komissiya 2021-ci ilin əvvəlində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçirilən görüşündə yaradılıb. Onlar baş nazirin müavinləri səviyyəsində regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasına nəzarət edəcək işçi qrupunun yaradılması ilə bağlı qərar qəbul ediblər.

Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin yaradılması regional kommunikasiyalarla bağlı ən vacib məsələ olaraq qalır.

Nəşr edilib : 21.10.2024 12:12