Türkiyə və Moldova enerji sahəsində əməkdaşlıq mem...
22:41 22.11.2024
0
0
0
Azərbaycan Mərkəzi Bankınn sədri Taleh Kazımov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşərək onunla qurumlar arasında əməkdaşlıq perspektivlərini müzakirə edib.
Bunu baş bankir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, görüşdə 2025-2029-cu illəri əhatə edəcək Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin əsas istiqamətləri, davam edən investisiya layihələrinin hazırkı statusu, Dünya Bankının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində göstərə biləcəyi dəstəklə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, Dünya Bankı ilə mövcud əlaqələrin genişləndirilməsi və "yaşıl taksonomiya"nın hazırlanması üzrə Bankın dəstək imkanları müzakirə edilib.
Digər xəbərlər