NAXÇIVAN :

28 Oktyabr 2026, Çərşənbə

Azərbaycan boksçuları bu il Avropa çempionatlarında 25 medal qazanıblar

...

Azərbaycan boksçuları 2026-cı ildə qatıldıqları dörd Avropa çempionatında ümumilikdə 25 medal qazanıblar.

Boks Federasiyasından  verilən məlumata görə, mükafatların 5-i qızıl, 8-i gümüş, 12-si bürünc əyarlıdır.

Komandalar arasında ən çox medalı böyük potensial vəd edən U-15 millisi əldə edib. Boksçular Trabzonda yeni başa çatan Avropa çempionatında 10 dəfə fəxri kürsüyə yüksəliblər.

U-17 millisi qitə birinciliyini 8 medalla başa vurub. Böyüklərdən ibarət yığma isə analoji yarışda rekord nəticə göstərərək 5 medal qazanıb. Hər iki komandanın 2 idmançısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycan Himnini səsləndirib.

U-19 millisinin Avropa çempionatındakı qazancı isə 2 medal olub.

Azərbaycan komandaları bu yarışların 3-də medal əyarına görə ilk “altılıq”da yer alıblar.

Qitə birinciliklərində əldə olunan nəticələr bununla yekunlaşmır. Noyabrda keçiriləcək U-23 Avropa çempionatı milliyə medal sayını artırmaq imkanı yaradacaq.

Nəşr edilib : 28.10.2026 14:12