Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlıq məsələləri ...
18:48 03.02.2025
0
0
0
İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həsən Əl Suveydi ilə görüşüb.
"Şərq qapısı"nın məlumatına görə, nazirlikdən bildirilib ki, görüşdə qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ münasibətlərinin yüksələn xətlə inkişaf etdiyi, iqtisadi-ticarət tərəfdaşlığın genişləndiyi vurğulanıb. Ölkələrimiz arasında ticarət, investisiya, energetika, kənd təsərrüfatı və maliyyə sahələrində işbirliyinin gücləndirilməsi potensialı böyükdür.
Tərəflər Birgə İnvestisiya Fondunun fəaliyyəti və prioritet sahələrə sərmayə qoyuluşu barədə müzakirələr aparıblar.
Digər xəbərlər