NAXÇIVAN :

21 Avqust 2026, Cümə

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb

...

Azərbaycan ağırlıqqaldıranı Məhəmməd Rüstəmli Kosovonun Priştina şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində uğurla çıxış edib.

Ağırlıqqaldırma Federasiyasından verilən məlumata görə, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı birdənqaldırma hərəkətində 91 kiloqram nəticə göstərərək yarışın bürünc medalına sahib olub.

Məhəmməd Rüstəmli təkanla qaldırma hərəkətində daha yüksək nəticə nümayiş etdirib. Atlet bu hərəkətdə 110 kiloqram çəkini başı üzərinə qaldıraraq gümüş medal qazanıb.

İki hərəkətin cəmində 201 kiloqram nəticə göstərən idmançı yekun sıralamada da ikinci yeri tutaraq gümüş mükafat əldə edib.

Beləliklə, Azərbaycan təmsilçisi qitə yarışını iki gümüş və bir bürünc medalla başa vurub.a

Nəşr edilib : 21.08.2026 17:15