NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Azərbaycan ABŞ ilə süni intellekt üzrə data mərkəzlərinin tikintisini müzakirə edib

...

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov ölkəmizdə səfərdə olan ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə  Nazirlikdən bildirilib.

Görüşdə Azərbaycanla ABŞ arasında məzmunca zənginləşən strateji əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Eyni zamanda Nazirliklə ABŞ-nin Ticarət və İnkişaf Agentliyi arasında dəmiryol infrastrukturu, telekommunikasiya, kosmik texnologiyalar, süni intellekt texnologiyaları üçün data mərkəzlərinin tikintisi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 12.01.2026 17:28