103 yaşlı mətbu orqanın gənc jurnalistləri
16:46 21.11.2024
0
0
0
"Şərq qapısı" xəbər verir ki, dünən Babək rayonu Zeynəddin kəndində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yol-nəqliyyat hadisəsi zamanı avtomobil Zeynəddin kənd sakini, 1939-cu il təvəllüdlü Almaz Məmmədovanı vurub və hadisə yerindən qaçıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törətməkdə şübhəli bilinən "Qaz 24-10" markalı avtomobilin sürücüsü Z.Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Xəsarət alan A.Məmmədova Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Digər xəbərlər