NAXÇIVAN :

17 Iyul 2026, Cümə

Avropa Liqası: “Vestri” – “Qarabağ” oyununda 2-ci hissə başlayıb – YENİLƏNİB 2

...

UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyada "Vestri" və "Qarabağ" komandaları arasında keçirilən cavab oyununda 2-ci hissə başlayıb.

"Şərq qapısı" xəbər verir ki, hazırda hesab Azərbaycan təmsilçisinin xeyrinədir - 2:0. Qolları 5-ci dəqiqədə Jali Muaddib və 29-cu dəqiqədə Pedro Bikalyo vurublar.

Qeyd edək ki, "Qarabağ" ilk matçda rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Bu duelin güclüsü II təsnifat mərhələsində Bolqarıstanın MOİK (Sofiya) klubu ilə qarşılaşacaq.

00:52

UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyada "Vestri" və "Qarabağ" komandaları arasında keçirilən cavab oyununda ilk hissə başa çatıb.

"Şərq qapısı" xəbər verir ki, Reykyavik şəhərində yerləşən “Trottarvöllur” stadionunda oynanılan qarşılaşmada Ağdam təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb. Qolları 5-ci dəqiqədə Jali Muaddib və 29-cu dəqiqədə Pedro Bikalyo vurublar.

Qeyd edək ki, "Qarabağ" ilk matçda rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Bu duelin güclüsü II təsnifat mərhələsində Bolqarıstanın MOİK (Sofiya) klubu ilə qarşılaşacaq.

00:00

UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyada "Vestri" və "Qarabağ" komandaları arasında cavab oyunu başlayıb.

"Şərq qapısı" xəbər verir ki, Reykyavik şəhərində yerləşən “Trottarvöllur” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Qeyd edək ki, "Qarabağ" ilk matçda rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

Nəşr edilib : 17.07.2026 01:28