Ermənistan MSK parlament seçkilərinin son nəticələ...
22:01 14.06.2026
0
0
0
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa Kubokunun seçmə mərhələsində final oyununa çıxıb.
"Şərq qapısı" xəbər verir ki, komanda həlledici görüşdə İrlandiya ilə üz-üzə gəlib.
Matç yığmanın 21:20 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da, Azərbaycan millisi Avropa Kubokunun final mərhələsinə yüksəlib.
Turnirin final mərhələsi 11-13 sentyabr tarixlərində Belçikanın Antverpen şəhərində keçiriləcək.
Digər xəbərlər