NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Avropa İttifaqı ilə yaşıl enerjinin tədarükü və COP29 üzrə əməkdaşlıq müzakirə olunub

...

Energetika naziri Pərviz Şahbazov Braziliyada Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Kadri Simsonla təbii qaz təchizatı və yaşıl enerjinin tədarükü layihələri, həmçinin COP29 üzrə əməkdaşlığı dəyərləndirib.

Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.

“COP29-un enerji təşəbbüsləri, “Enerji Günü”nə planlaşdırılan tədbirlər, Aİ-nin iştirakı ilə Xəzər Qara dəniz Avropa Yaşıl Enerji Dəhlizİnə həsr olunmuş yüksək səviyyəli icllasda layihənin texniki-iqtisadi əsaslandırmasının ilkin təqdimatı və gələn il PMI statusuna müraciətlə bağlı fikir mübadiləsi apardıq”, - deyə o qeyd edib.

Nəşr edilib : 03.10.2024 10:22