Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla b...
11:14 08.10.2026
0
0
0
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Qurumdan "Şərq qapısı"na verilən məlumata görə, idarənin Astara gömrük postunun idxal nəzarət xəttində İran İslam Respublikasından ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Gömrük baxışı zamanı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmet aşkar edilməsə də, sürücünün davranışları gömrük əməkdaşlarında şübhə yaradıb.
Bununla əlaqədar sürücünün üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun belinə korset vasitəsilə bağlanmış 3 ədəd bağlamadan, ümumilikdə, 3000 ədəd həbdən ibarət külli miqdarda narkotik vasitə – metadon aşkar edilib.
Bundan əlavə, gömrük nəzarəti tədbirləri zamanı sürücünün gömrük postunun ərazisinə atdığı 2 ədəd bağlamaya da baxış keçirilib.
Baxış zamanı həmin bağlamalardan, xüsusilə külli miqdarda, ümumi təmiz çəkisi 2 kiloqram 950 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə – heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər