NAXÇIVAN :

17 May 2025, Şənbə

"Araz-Naxçıvan" Avropada!

...

Misli Premyer Liqasında XXXV tura start verilib.
"Şərq qapısı" xəbər verir ki, ilk oyun günündə üç matç baş tutub. Bu turda muxtar respublikanın "Araz-Naxçıvan" komandasi səfərdə "Şamaxı"ya qalib gəlib - 1:0. Komandamızdan Felipe Santos 44-cü dəqiqədə rəqibi məyus edib. Xallarının sayını 58-ə çatdıran Naxçıvan təmsilçisi üçüncü pillədə qərarlaşıb və çempionatın bürünc mükafatçısı olub. "Qırmızı-ağlar" Azərbaycanı  UEFA Konfrans Liqasında təmsil edəcək.
Qeyd edək ki, XXXV tura mayın 18-də yekun vurulacaq.

Nəşr edilib : 17.05.2025 19:05