NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Araz Əzimov Hakan Fidanın müavini ilə təhlükəsizlik məsələlərini müzakirə edib

...

Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Bakıda Azərbaycan XİN rəhbərinin müavini Araz Əzimov ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Türkiyə-Azərbaycan münasibətləri, çoxtərəfli əməkdaşlıq, hərbi və təhlükəsizlik məsələləri müzakirə olunub.

Qeyd edək ki, Berris Ekinci Bakıda Azərbaycan-Türkiyə siyasi məsləhətləşmələrində iştirak etmək üçün səfərdədir.

Nəşr edilib : 29.10.2025 15:25