Yardımlı rayonunda zəlzələ olub
16:58 19.04.2025
0
0
0
NAXÇIVAN :
19 Aprel 2025, Şənbə
"Məlum olduğu kimi, Aqrar Sığorta Fondu Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə 2019-cu ildən təsis edilib və 2020-ci ildən fəaliyyətə başlayıb. Fond kənd təsərrüfatına aid risklərin sığortalanmasını həyata keçirir. Son illər bütün dünyada iqlim dəyişiklikləri baş verir və bu da birbaşa kənd təsərrüfatına təsirini göstərir. Məsələn, son 30 il ərzində Azərbaycanda dolu yağması halları 3, daşqın hadisələri 18, şiddətli küləkli günlərin sayı isə 12 dəfə artıb. Bundan ən çox zərər çəkən də kənd təsərrüfatı, əkin sahələri və fermerlərdir. Belə bir halda aqrar sığorta kənd təsərrüfatını zərərlərdən qorumaq üçün vacib mexanizmdir".
“Şərq qapısı” xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Aqrar Sığorta Fondunun idarə heyətinin üzvü Roman Əmircanov söyləyib.
O deyib ki, Aqrar Sığorta Fondu yarandığı gündən bəri zərər görən fermerlərə ödənişləri həyata keçirir və bu ödənişlərin məbləği hər il artmaqdadır. Baş vermiş müxtəlif hadisələrdən dəyən zərərlərə görə, 2021-ci ildə 200 min manat, 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon, 2024-cü ilin ilk 11 ayında isə 5,6 milyon manat sığorta ödənişi həyata keçirilib. Başqa sözlə, bu günədək fond fermerlərə 12 milyon manat sığorta ödənişi edib, ilin sonunadək bu məbləğ 14 milyon manata yaxınlaşacaq.
Roman Əmircanovun sözlərinə görə, bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da kənd təsərrüfatı iqtisadiyyat, istehsal, iş yerləri baxımından böyük əhəmiyyətə malikdir: “Bu günə qədər Naxçıvanda Aqrar Sığorta Fondu təsis edilmişdi, amma o, təəssüf ki, fəaliyyət göstərməmişdi. Və indi Aqrar Sığota Fondu yarandıqdan 5 il sonra Naxçıvanda fəaliyyətə başlayır. Bizim əsas məqsədimiz, burada fermerlərin gəlirlərinin və məhsullarının qorunması, fermerlərin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, aqrar sektora investisiyaların cəlbi üçün münbit şəraitin yaradılmasıdır. Filialımız fəaliyyətə başlayan kimi, Naxçıvanın bütün ərazisində fermerlərlə görüşlər başlanacaq, onlara aqrar sığorta barədə geniş məlumat veriləcək. Əkin sahələrinin sığortalanması üçün əsas tələb – fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) öz əkinlərini bəyan etməsidir. Heyvanların sığortasında isə əsas tələb, onların birkalanması və EKTİS-də qeydiyyatıdır.
“Aqrar Sığorta Fondu indiyədək də ölkənin müxtəlif ərazilərində, müxtəlif iqlim qurşaqlarına xas olan bölgələrdə təsərrüfatların sığortasını həyata keçirib. Buna görə də Naxçıvanın kəskin kontinental iqliminə rəğmən təsərrüfatların sığortalanması bizim üçün çətin olmayacaq. Artıq bu sahədə kifayət qədər təcrübəmiz var. Və fəaliyyətə başlayandan sonra fermerlər və sakinlər Aqrar Sığota Fondunun necə çalışdığının şahidi olacaqlar. İlkin müşahidələrimizə görə, Naxçıvanda əsas təbiət hadisələri hansı ki fermerlərə zərər vurur – bunlar dolu və güclü külək, yəni qasırğa və ya fırtınadır. Aqrar sığorta bu risklərin hər birini qarşılayır, yəni bu hadisələrdən fermerlərə zərər dəyərsə, biz, əlbəttə ki, ondan dəymiş zərərləri sığorta etməyə hazırıq”, – deyə Aqrar Sığorta Fondunun rəsmisi əlavə edib.
Digər xəbərlər