Naxçıvan məktəblisi Tunisdə keçiriləcək Kibertəhlü...
12:10 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumunda iştirakı ölkəmizin beynəlxalq nüfuzunun artmasının və çoxşaxəli xarici siyasət kursunun uğurla davam etdirilməsinin növbəti bariz nümunəsidir. Qlobal miqyasda mürəkkəb geosiyasi proseslərin baş verdiyi bir dövrdə belə mötəbər platformalarda fəal iştirak Azərbaycanın milli maraqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlər və verdiyi mesajlar ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha təsdiqlədi.
Forum çərçivəsində Prezident İlham Əliyevin qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü xüsusi diqqət çəkdi. Bu görüşdə Azərbaycan-Türkiyə müttəfiqliyinin bütün istiqamətlər üzrə inkişafı, o cümlədən enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olundu.
Prezident İlham Əliyevin Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşü də mühüm əhəmiyyət daşıyır. Azərbaycan ilə Pakistan arasında münasibətlər yalnız diplomatik çərçivə ilə məhdudlaşmır, bu əlaqələr dərin tarixi dostluq və qarşılıqlı dəstəyə əsaslanır.
Görüşdə müdafiə sənayesi, enerji, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret məsələlər müzakirə edildi. Pakistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, eləcə də Azərbaycanın Pakistanla beynəlxalq platformalarda həmrəylik nümayiş etdirməsi bu münasibətlərin sarsılmaz təməl üzərində qurulduğunu göstərir.
Prezident İlham Əliyev forum çərçivəsində çıxışlarında Azərbaycanın prinsipial mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Xüsusilə postmünaqişə dövründə regionda dayanıqlı sülhün təmin olunmasının vacibliyi, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinin əsas götürülməsi xüsusi vurğulandı. Bununla yanaşı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol, “yaşıl enerji” sahəsində həyata keçirilən layihələr və nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində görülən işlər beynəlxalq tərəfdaşların diqqətinə çatdırıldı.
Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumunda iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına mühüm töhfə verdi. Keçirilən görüşlər yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə, mövcud tərəfdaşlıqların isə daha da möhkəmlənməsinə xidmət etdi.
Bu forum bir daha sübut etdi ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində söz sahibi olan, təşəbbüslərlə çıxış edən və etibarlı tərəfdaş kimi qəbul olunan dövlətdir. Prezident İlham Əliyevin uğurlu və praqmatik xarici siyasəti nəticəsində ölkəmiz regionda sülhün, sabitliyin və inkişafın əsas aparıcı qüvvələrindən biri kimi mövqeyini daha da gücləndirir.
Mahir İSMAYILOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər