NAXÇIVAN :

15 May 2025, Cümə axşamı

Ankarada Türkiyə ilə Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

...

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Türkiyəyə səfəri çərçivəsində Ankarada Sosial Təminat İdarəsində (Sosyal Güvenlik Kurumu - SGK) olub.
SGK-dan bildiriblər ki, Türkiyə-Azərbaycan Əmək və sosial təminat daimi birgə Komissiyasının Tədbirlər Planının icrası ilə bağlı addımlar ətrafında ikigünlük müzakirələr aparılıb.
Müzakirələrdə Azərbaycan nümayəndə heyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Heybət İmanov, Türkiyə nümayəndə heyətinə isə SGK-nın rəhbəri Raci Kaya rəhbərlik edib.
R.Kaya iki qardaş ölkə arasındakı əlaqələrin sarsılmaz olduğunu, bunun sosial müdafiə və əmək sahələrində də özünü büruzə verdiyini vurğulayıb.
Türkiyənin Sosial Təhlükəsizlik İdarəsinin rəhbəri əhaliyə sosial dəstək mexanizmlərinin və Türkiyə tərəfinin təcrübəsinin qardaş Azərbaycana faydalı olacağına ümidvar olduğunu bildirib. “Bu, sosial müdafiə sahəsində nəzarət və audit məsələlərinə də aiddir”, - deyə SGK rəhbəri qeyd edib.

Nəşr edilib : 14.05.2025 21:59