NAXÇIVAN :

28 Noyabr 2024, Cümə axşamı

Ankarada Azərbaycanın Müstəqilliyinin Bərpası Günü qeyd olunacaq

...

Oktyabrın 18-də Türkiyə paytaxtında Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr edilmiş təntənəli mərasim olacaq.

Ankaranın Oran rayonunda yerləşən “Qarabağ” mərkəzində olacaq tədbirin təşkilatçıları qismində ölkəmizin Türkiyədəki səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Dünyası Parlamentariləri Fondu və başqaları çıxış edirlər.

Tədbir iştirakçılarına ünvanlanmış dəvətnamədə diqqət 33 il bundan əvvəl Azərbaycan Respublikası Ali Soveti tərəfindən qəbul olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının əhəmiyyətinə çəkilir.

Bununla yanaşı, Şərqdə il demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizdə dövlətçiliyin təşəkkül tapmasına töhfəsi də vurğulanır.

Nəşr edilib : 17.10.2024 11:08