Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma pro...
13:50 02.05.2026
0
0
0
Türkiyənin Ankara vilayətinin Temelli rayonunda hərbi nəqliyyat helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Quru Qoşunlarının Hava Komandanlığına aid “CH-47" nəqliyyat helikopteri naməlum səbəbdən qəzaya uğrayıb. Şəxsi heyət arasında itki yoxdur.
Hadisə ilə bağlı açıqlama verən Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz bəyan edib ki, qəzanın səbəbi hərtərəfli araşdırılacaq.
Digər xəbərlər