NAXÇIVAN :

26 Sentyabr 2026, Şənbə

Anım Günü ilə əlaqədar qanvermə aksiyası keçirilib

...

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə 27 sentyabr – Anım Günü ilə əlaqədar könüllü qanvermə aksiyası təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, aksiyada nazirliyin və “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin əməkdaşları iştirak ediblər. 
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Qan Bankı və Qanköçürmə Mərkəzinin həkim-hematoloqları donorların sağlamlıq vəziyyətini qiymətləndirdikdən və anemiya testi etdikdən sonra tibbi tələblərə cavab verən könüllülərin aksiyada iştirakına icazə verilib. Bununla da aksiyaya qatılan donorlar qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün qan tədarükünün artırılmasına dəstək olublar.
İştirakçılar şəhidlərimizin xatirəsini dərin hörmətlə anıb, belə təşəbbüslərin həmrəylik və humanizm dəyərlərinin yaşadılması baxımından əhəmiyyətini vurğulayıblar.

Nəşr edilib : 26.09.2026 14:05