Polşa mətbuatında polyak memarlarının Bakıdakı irs...
16:17 06.10.2026
0
0
0
Böyük Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir. Bu əməkdaşlıqda bp şirkəti xüsusi yer tutur.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Biznes, İnnovasiya, Elm və Ticarət Departamentində dövlət naziri Anas Sarvar Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında keçirilən Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Britaniya investisiyaları və şirkətlərinin təcrübəsi Azərbaycanın enerji resurslarının işlənilməsi, beynəlxalq bazarlara çıxışının genişləndirilməsi və ölkənin Avropanın enerji təhlükəsizliyində rolunun gücləndirilməsinə mühüm töhfə verib.
“Böyük Britaniya hazırda da Azərbaycanın ən böyük xarici investoru olaraq qalır. Eyni zamanda, son dövrdə investisiya axınının hər iki istiqamətdə artması müşahidə olunur. Əsas məqsəd qarşılıqlı investisiyalara əsaslanan ikitərəfli iqtisadi əlaqələri daha da inkişaf etdirməkdir. Britaniya şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin isə Böyük Britaniyada investisiya fəaliyyətini uğurla genişləndirməsinə şərait yaratmaq əsas məqsədlərdəndir”,- deyə nazir bildirib.
Digər xəbərlər