NAXÇIVAN :

26 Sentyabr 2026, Şənbə

Anar Quliyev: Yaşıl və rəqəmsal texnologiyalar şəhərsalmanın əsas istiqamətlərindəndir

...

Yaşıl binaların inşası, enerji səmərəliliyinin artırılması və şəhər idarəçiliyinin rəqəmsallaşdırılması dayanıqlı şəhər mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Yaranan investisiya istiqamətləri: daşınmaz əmlak, turizm və şəhərsalma” mövzusunda panel müzakirəsində çıxışında bildirib.
O müasir şəhərsalmanın inkişafında yaşıl texnologiyaların, enerji səmərəliliyinin və rəqəmsallaşmanın əhəmiyyətini vurğulayıb: “Smart və dayanıqlı şəhər inkişafı investorlar üçün də yeni imkanlar yaradır. Müasir texnologiyaların tətbiqi şəhərlərin iqtisadi potensialının artırılmasına, resurslardan daha səmərəli istifadəyə və yaşayış mühitinin yaxşılaşdırılmasına xidmət edir”.
Anar Quliyev qeyd edib ki, Azərbaycanda şəhərsalma siyasətinin əsas məqsədlərindən biri insanlara yönəlmiş, ekoloji baxımdan dayanıqlı və investisiya üçün əlverişli şəhər mühitinin yaradılmasıdır.

Nəşr edilib : 26.09.2026 12:53