NAXÇIVAN :

18 Aprel 2025, Cümə

Anar Kərimov maliyyə nazirinin birinci müavini, Himalay Məmişov müavini təyin edilib

...

Anar Mehman oğlu Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.

"Şərq qapısı" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

O, maliyyə nazirinin birinci müavini təyin edilib.

Prezidentin digər Sərəncamı ilə Himalay Qabil oğlu Məmişov maliyyə nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Himalay Məmişov hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Nəşr edilib : 15.04.2025 18:21