NAXÇIVAN :

21 Iyul 2026, Çərşənbə axşamı

ANAMA: Ötən həftə 1959,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

...

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyuluun 13-19-da icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 200, tankəleyhinə 28 mina və 630 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 1959,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Nəşr edilib : 20.07.2026 13:07