Azərbaycan güləşçisi Avropa çempionu olub
22:47 12.07.2026
0
0
0
NAXÇIVAN :
12 Iyul 2026, Bazar
Çinin Hebey əyalətində Beynəlxalq İstedad Mübadiləsi Konfransında iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Hebey Pedaqoji Universitetinin rektoru professor Li Quicün ilə görüşüb.
“Şərq qapısı” xəbər verir ki, son illər Azərbaycanla elmi-mədəni əlaqələrin genişləndiyini bildirən professor Li Quicün elm və ali təhsil sahələrində ölkələrimiz arasındakı əməkdaşlığın daha da inkişafının əhəmiyyətini vurğulayıb. Bu məqsədlə yaxın perspektivdə rəhbərlik etdiyi universitetlə Azərbaycan Milli Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanmasının müxtəlif elm sahələri üzrə əlaqələrin genişləndirilməsinə şərait yaradacağını bildirib.
Akademik İsa Həbibbəyli iki ölkənin elm və ali təhsil müəssisələri arasında yaranmış əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini deyib. AMEA-da mövcud elm sahələri üzrə Hebey Pedaqoji Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasının səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edən akademik İsa Həbibbəyli imzalanması nəzərdə tutulan memorandumla bağlı təkliflərini səsləndirib.
AMEA prezidenti 2024-cü ildə Hebey Pedaqoji Universiteti ilə birgə keçirilmiş “Xəzərdən Çinə: ədəbiyyat, texnologiya və sosial həyat” beynəlxalq elmi konfransının əhəmiyyətini bir daha vurğulayaraq, gələcəkdə də müştərək konfransların təşkil edilməsinin önəmini diqqətə çatdırıb.
İki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə fəaliyyət üzrə razılıq əldə olunub.
Görüşdə Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, Hebey Pedaqoji Universitetinin beynəlxalq mədəni mübadilə fakültəsinin dekanı, eyni zamanda, Hebey Beynəlxalq İstedadlar Mübadiləsi Asosisasiyanın prezidenti professor Çi Siaoyən və digər alimlər iştirak ediblər.
Digər xəbərlər