Türkiyənin xarici işlər naziri Suriyaya səfər edəc...
14:26 13.09.2026
0
0
0
NAXÇIVAN :
13 Sentyabr 2026, Bazar
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistan ədəbiyyatının müxtəlif istiqamətləri üzrə elmi tədqiqatlar davam etdirilir.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Bəsirə Əzizəliyeva bildirib ki, şöbədə Pakistan ədəbiyyatının öyrənilməsi ilə yanaşı, bu ölkənin ədəbi irsinin Azərbaycan oxucusuna təqdim olunması istiqamətində də mühüm işlər görülür.
Onun sözlərinə görə, Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin təşəbbüsü ilə görkəmli Pakistan şairi Sultan Bahunun yaradıcılığından nümunələr Azərbaycan dilinə tərcümə olunub.
B.Əzizəliyeva Pakistan diaspor ədəbiyyatının tanınmış nümayəndəsi Nadim Aslamın yaradıcılığını da araşdırır. Bu istiqamətdə bir sıra elmi məqalələr hazırlanaraq çap olunub.
Qeyd edilib ki, hazırda Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində Pakistan ədəbiyyatı üzrə “XXI əsr ingilisdilli Pakistan bədii nəsri” və “Sultan Bahunun yaradıcılığı: ənənə və müasirlik” mövzularında iki dissertasiya işi hazırlanır.
B.Əzizəliyeva bildirib ki, AMEA-nın Pakistan Ədəbiyyat Akademiyası ilə əməkdaşlığı ölkələrimizin ədəbiyyatlarının qarşılıqlı öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
O vurğulayıb ki, Azərbaycan ədəbiyyatının Pakistanın elmi və ədəbi mühitində təqdim olunması milli ədəbiyyatımızın beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir.
Digər xəbərlər