Naxçıvan Muxtar Respublikasında 24 noyabra gözləni...
00:11 24.11.2024
0
0
0
AMEA Rəyasət Heyətinin binasında “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş kitab sərgisi açılıb.
Bu barədə AMEA-dan məlumat verilib.
Açılış mərasimində çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə təşkil olunan COP29 tədbirlərinin uğurla davam etdirildiyini vurğulayıb. Dünyanın ən böyük tədbirlərindən biri olan COP29-un ölkəmizdə keçirilməsini Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin hərtərəfli və sürətli inkişafı, beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlərin nəticəsi olduğunu vurğulayan akademik İsa Həbibbəyli qlobal tədbirin elmi əhəmiyyətindən danışıb. AMEA rəhbəri qeyd edib ki, COP29 tədbirlərində akademiya da yüksək səviyyədə təmsil olunur.
AMEA-da açılışı keçirilən kitab sərgisində akademiyanın Humanitar və İctimai Elmlər bölmələri ilə yanaşı, digər elmi bölmələr tərəfindən də nəşr olunan kitabların nümayiş olunduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli sərginin COP29 tədbirlərinin sonunadək davam edəcəyini bildirib.
Sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova və AMEA-nın müşaviri akademik Adil Qəribov çıxış edərək sərgidə təqdim edilən kitabların “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a layiqli töhfə olduğunu vurğulayıblar.
Digər xəbərlər