NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Ambulator dərman vasitələrinin təminatına gələn ilin 6 ayı üzrə 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub

...

Ambulator dərman vasitələrinin təminatına gələn ilin 6 ayı üzrə 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

"Şərq qapısı" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ilk mərhələdə ürək-damar sistemi, ikinci mərhələdə həzm sistemi, üçüncü mərhələdə isə tənəffüs sistemi xəstəlikləri üçün dərmanlar olacaq.

O qeyd edib ki, “Tibbi sığorta haqqında” qanun Milli Məclisdə 3-cü oxunuşdan keçib:

"Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. Bu o deməkdir ki, ambulatorda dərman təminatına ilin ikinci yarısı başlanılacaq".

Nəşr edilib : 17.12.2024 11:31