NAXÇIVAN :

25 Noyabr 2024, Bazar ertəsi

AMB sədri: Qiymətli kağızlar bazarının ticarət dövriyyəsi 62 faiz artıb

...

Doqquz ayda korporativ qiymətli kağızlar üzrə ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 62 faiz artaraq 2,8 milyard manatı üstələyib. Cari ilin sentyabr ayında ölkəmizin kapital bazarları tarixində ilk dəfə olaraq, Azərbaycan Beynəlxalq Bankının səhmlərinin kütləvi təklif üsulu ilə uğurla yerləşdirilməsi baş tutub.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Həyata keçirdiyimiz siyasətimizin mühüm istiqamətlərdən biri də ölkədə nağdsız ödənişlərin artımıdır. Cari ilin doqquz ayında ötən ilin eyni dövrünə nəzərən ölkə daxilində ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi 68,4 faiz artaraq 56 milyard manata çatıb”, - deyə o əlavə edib.

Nəşr edilib : 25.11.2024 15:25