NAXÇIVAN :

29 May 2026, Cümə

Almaniya XİN Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

...

Almaniyanın Xarici İşlər Nazirliyi (XİN) 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
“Şərq qapısı” xəbər verir ki, nazirliyin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqnerin Almaniya XİN adından paylaşdığı məlumatda bildirilib.
“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Almaniya Azərbaycan ilə konstruktiv tərəfdaşlığa yüksək qiymət verir və ikitərəfli əməkdaşlığımızın daha da dərinləşdirilməsinə, eləcə də regionda sülhün və rifahın təşviqinə yönəlmiş səylərini davam etdirmək əzmindədir”, - deyə məlumatda bildirilir.

Nəşr edilib : 28.05.2026 12:53