TDT-yə üzv dövlətlərin diaspor məsələlərinə məsul ...
14:36 27.11.2024
0
0
0
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi davamlı sabitliyin, dayanıqlı iqtisadi inkişafın daha bir mühüm bir nümayişi olacaq.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə iyunun 4-də Liviya Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserlə görüşündə deyib.
QMİ sədri A.Paşazadə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra ölkədə həyata keçirilən böyük layihələr, bərpa olunan dini və mədəniyyət abidələr barədə səfirə ətraflı məlumat verib.
Liviyanın səfiri Ali Salem Naser Azərbaycanda çalışmaqdan və xalqın qazandığı uğurları görməkdən məmnunluq duyduğunu bildirib.
Səfir Şuşaya və işğaldan azad olunan digər ərazilərə səfərləri zamanı həyata keçirilən genişmiqyaslı işləri heyranlıqla izlədiyini qeyd edib.
Diplomat iki ölkə və xalq arasında münasibətlərin daha da möhkəmlənməsi üçün səy göstərdiyini, müxtəlif, o cümlədən dini sahədə əlaqələrin güclənməsinə töhfə vermək istəyində olduğunu bildirib.
Digər xəbərlər