Prezident İlham Əliyev Davosda Avropa Yenidənqurma...
17:17 20.01.2026
0
0
0
NAXÇIVAN :
20 Yanvar 2026, Çərşənbə axşamı
Vətən daim igid oğulları ilə var olub. Onlardan biridir qədim Naxçıvanın alınmaz Əlincəsi ilə dillərə dastan olan Culfa rayonunun igid oğlu Daşqın Rzalı.
Uşaqlıqdan qəlbi Vətən eşqi ilə döyünən Daşqın 1993-cü il may ayının 27-də Culfa rayonunun Yaycı kəndində dünyaya göz açmışdı. Hələ 8 yaşında ikən atasını itirən Daşqının elə o zamandan balaca çiyinlərinə yüklənmişdi dünyanın yükü. Anası Gültəkin xanımla bərabər çalışıb evinə çörək qazanan qəhrəman şəhidimiz hər zaman ailəsinə qarşı mehriban, qayğılı idi. O ağır günləri xatırlayan Gültəkin ana titrək səslə söyləyir: “Daşqın, onun əkizi Coşqun və qızımı min bir əziyyətlə böyütmüşəm. Onlar da mənimlə bərabər hər əzaba qatlanıblar. Daşqın isə hər dəfə “Ana, sənə elə günlər yaşadacağam ki, pis günləri unutduracağam”, – deyirdi. O hər çətinlikdə mənə dəstək idi”.
2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olan şəhidimiz xidmətini davam etdirərək 2017-ci ilin fevral ayından əvvəlcə Lənkəran şəhərində, daha sonra isə Xızıda yerləşən “N” hərbi hissədə Vətən borcunu yerinə yetirib.
44 günlük Vətən müharibəsində fəal iştirak edən şəhidimiz Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 21 oktyabrda şəhidlik zirvəsinə ucaldığı xəbəri gəlir evlərinə.
Ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidimiz 3-cü dərəcəli “Vətənə xidmətə görə”, “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər