NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Ali məktəb və kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başlanıb

...

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başlanılıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, proses avqustun 28-dən 2 sentyabr saat 23:59-dək aparılır. Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

Nəşr edilib : 28.08.2025 10:27