Azərbaycandan tranzit keçməklə Ermənistana 470 ton...
16:22 10.07.2026
0
0
0
İyulun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini bildirib.
Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ – ikinci oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi ilə bağlı Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri Mübariz Bayramov məlumat verib, komitənin rəyini diqqətə çatdırıb.
Qanun layihəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov çıxış etdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Gündəlikdə duran ikinci məsələ – ikinci oxunuşda olan “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihəsi ilə bağlı Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırıb. Ardınca qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Gündəlikdə duran sonuncu məsələ – ikinci oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsi ilə bağlı Hüquq siyasəti komitəsinin sədri tərəfindən məlumat verilib, komitənin rəyi diqqətə çatdırılıb.
Qanun layihəsi ilə bağlı deputatlardan Əziz Qasımov və Emin Şıxəliyev çıxış ediblər.
Ardınca qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Bununla da Ali Məclisin növbədənkənar sessiyasının növbəti iclası başa çatıb.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Digər xəbərlər