NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

...

Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

İclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının  statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi və “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsi daxil edilib.

İclasda qanun layihələri haqqında Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov məlumat verib.

Sonda qanun layihələri Ali Məclisin plenar iclasında müzakirə üçün tövsiyə olunub.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 17.10.2024 13:22