Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Pa...
11:23 27.06.2026
0
0
0
İyunun 9-da Finlandiyanın Kouvola şəhərində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Sosial İnklüzivlik və İnsan Ləyaqəti Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan nümayəndə heyətinin tərkibində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xumar Məmmədova da iştirak edib.
İclasın gündəliyinin əsas məsələlərindən biri “Avropada regional miqrasiya axını: səbəblərin aradan qaldırılması və kənd icmaları üçün yeni imkanların yaradılması” mövzusunda hesabatın yekdilliklə qəbul edilməsi olub. Hesabat 2026-cı ilin oktyabr ayında keçiriləcək Konqresin 51-ci sessiyasında daha geniş müzakirə olunacaq.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Digər xəbərlər