NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Ali Məclis sədrinin birinci müavini və Aparatın əməkdaşları sərgi-satış yarmarkasında olub

...

Oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov, Ali Məclis sədrinin müavini Arzu Abdullayev və Aparat əməkdaşları Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında muxtariyyətin 100 illiyi ilə əlaqədar təşkil olunan məhdud fiziki imkanlı və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkasında olublar.

Məlumat verilib ki, sərgidə, ümumilikdə, 447 müəllifin 10 min 929 adda əl işi təqdim edilir. Bu da ötən illə müqayisədə 16 müəllif, 142 əl işi çox deməkdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 16.10.2024 15:44