NAXÇIVAN :

10 Yanvar 2025, Cümə

Aktauda Azərbaycan ərazisindən yük axınını artıracaq yeni konteyner qovşağı tikilir

...

Qazaxıstan mühüm infrastruktur layihəsi olan Aktau limanında konteyner qovşağının tikintisini həyata keçirir.
"Şərq qapısı" Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, layihə limanın ötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaq məqsədi daşıyır.
Konteyner qovşağının inkişafı Qazaxıstanın beynəlxalq logistika arenasında mövqelərini gücləndirəcək, Trans-Xəzər marşrutu ilə Azərbaycan, Gürcüstan və Türkiyədən keçən konteyner daşımalarını artırmağa imkan verəcək. Bildirilib ki, bu, Çindən gələn tranzit yüklərinin bir hissəsini Avropaya yönləndirmək imkanı yaradacaq.
Bundan əlavə, limanda dərinləşdirmə işləri planlaşdırılır ki, bu da onun terminal gücünü artıracaq və konteyner daşımalarını daha səmərəli edəcək.

Nəşr edilib : 09.01.2025 22:25