NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Aksiz markasız siqaretlər aşkar edilib

...

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan şəhəri ərazisində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib və yük yerindən üzərində aksiz markası olmayan iki adda 14980 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 10.12.2024 10:53