NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Akademik Arif Həşimov: “COP29 həm gələcəyə ünvanlanmış, həm də hesabat xarakteri daşıyan mühüm bir həmrəylik tədbiri olacaq”

...

AMEA-nın akademik-katibi, akademik Arif Həşimov “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsin də həyata keçirilən tədbirlərdən və perspektivlərdən danışıb.

O qeyd edib ki, Prezident İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həm­rəylik ili” elan edilməsi haqqında Sərəncamında Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadları­na qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunub. Sənəddə, eyni zamanda respublikamızın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli priorite­tindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirildi­yi bildirilib. 

Həmin prioritetə uyğun olaraq ölkəmizdə artıq ətraf mühitin sağlam­laşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, həm­çinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin gerçəkləşdirilməsi istiqamətində tədbirlərin həyata keçiril­məsinə başlanılıb. 

Qürur hissi ilə qeyd etməliyəm ki, ötən əsrdə iqtisadi fəaliyyətin ekosistemin ekoloji tutumundan kənara çıxmasının gözlənilən fəsadlarına dair ilk çağırışları edən görkəmli alim, akademik Həsən Əliyev olmuşdur. Bu həm də onun sübutudur ki, Azərbaycanda “yaşıl təfəkkür”ün, ekoloji düşüncənin tarixi heç də son onilliklərdəki dünyanın yeni çağırışları ilə bağlı deyildir. Bizim elmi fikir tariximizdə belə mütərəqqi yanaşmaların tarixi xeyli əvvəlki dövrlərə təsadüf edir. Belə ki, SSRİ EA və müttəfiq respublikaların Elmlər akademiyaları arasında ilk dəfə olaraq 1955-ci ildə Azərbaycan EA Rəyasət Heyəti nəzdində Təbiəti Mühafizə Komissiyası təşkil edilmişdir və bu komissiyaya akademik Həsən Əliyev başçılıq etmişdir. Görkəmli akademik bu məsələlərə xüsusi diqqət göstərmiş və beləliklə, bu istiqamətdə işlər daha sistemli şəkildə davam etdirilməyə başlamışdır.

Akademik bildirib ki, Azərbaycan COP29-la əlaqədar tədbirlərə ciddi şəkildə hazırlaşır. Şübhəsiz ki, COP29 bir növ həm gələcəyə ünvanlanmış, həm də hesabat xarakteri daşıyan mühüm bir həmrəylik tədbiri olacaq. İştirakçı ölkələr planetimizin qorunması ilə bağlı görülən işlər, mövcud problemlər və onların həlli yollarına dair hesabatlarını təqdim edəcəklər. Bundan başqa, COP29 çərçivəsində qlobal təhlükəsizliyi təmin edən enerji mənbələrindən istifadənin vacibliyi diqqətə çatdırılacaq və müvafiq qərarlar qəbul olunacaq.

Prezident İlham Əliyev COP öncəsi tədbirinin iştirakçılarına müraciətində demişdir: “Mən COP29-da tarixi razılaşmanın – “Bakı Sazişi”nin əldə olunmasını gözləyirəm”.Düşünürəm ki, bu, olduqca böyük əhəmiyyətə malik çıxışdır. Əgər həmin sazişin imzalanması gerçəkləşsə, Azərbaycanın adı tarixə qızıl hərflərlə yazılacaq. Bu razılaşmanın əhəmiyyətini indi tam dərk edə bilməsək də, bir neçə ildən sonra daha dolğun şəkildə ifadə etmək mümkün olacaq. Hər bir alim öz çıxışında və hazırladığı statistik məlumatlarda tullantıların həcmi, görülən işlər və gözləntilər haqqında məlumat verir.Lakin gələcəkdə bu işləri daha da təkmilləşdirmək və problemləri aktuallaşdırmaq üçün “Bakı Sazişi”ndən böyük gözləntilər var.

Onun sözlərinə görə, COP29-un əsas vəzifələrindən biribütün tərəflərin ehtiyaclarını nəzərə alan iqlim maliyyəsi üçün aydın və iddialı yeni kollektiv kəmiyyət hədəfi müəyyən etməkdir. Yəni bütün dünya bu sahədə görülən işlərin maliyyələşmə mexanizmini ortaya qoymalıdır. Bundan sonrakı işlər “Bakı Sazişi”ndən asılı olacaq və bu məsələ həllini tapsa, ölkə Prezidentinin dediyi kimi, böyük tarixi bir məsələnin həlli təmin olunacaq.

Akademik Arif Həşimov deyib ki, ölkəmizin daha da yaxından tanıdılması baxımından COP29-unəhəmiyyətinixüsusi qeyd etməliyəm. Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi müasir dünyanın çağırışlarını bütün istiqamətlərdə tam şəkildə əhatə edir. Düşünürəm ki, COP29-da bu sənəddə əks olunan məsələlər bir daha nümayiş etdiriləcək.

Nərgiz QƏHRƏMANOVA,

AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

Nəşr edilib : 12.11.2024 10:35