NAXÇIVAN :

09 Yanvar 2025, Cümə axşamı

Ailə Sağlamlıq Mərkəzlərinə yeni avadanlıqlar alınıb

...

Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində aparılan islahatlar sürətlə davam edir. Son dövrlərdə həyata keçirilən ən vacib layihələrdən biri Ailə Sağlamlıq mərkəzlərinin yaradılmasıdır. Bu layihə vətəndaşlara daha keyfiyyətli ilkin tibbi xidmətlər təqdim etməklə yanaşı, xəstəlik hallarının azalmasına və həyat keyfiyyətinin yüksəlməsinə şərait yaradır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Ailə Sağlamlıq mərkəzlərinin yaradılması və müasir tibbi avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulmuşdur. Bu çərçivədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən Ailə Sağlamlıq mərkəzlərinə bir sıra vacib avadanlıqlar, o cümlədən rentgen aparatı, hematoloji analizator, EKQ, USM və digər zəruri avadanlıqlar alınmışdır. Bu avadanlıqların bir qismi bu gün təhvil verilmiş, qalan hissəsi isə qısa müddət ərzində təhvil alınacaq.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən bu təşəbbüs bölgələrdə yaşayan sakinlər üçün, xüsusilə əhəmiyyətlidir. Ailə Sağlamlıq mərkəzlərində bir çox tibbi yoxlanışların və diaqnostik xidmətlərin yerindəcə aparılması sayəsində sakinlər artıq uzaq məsafələr qət etmədən, vaxt və maddi resurslarına qənaət edərək yüksək keyfiyyətli tibbi xidmətlərdən faydalana bilirlər.

Nəşr edilib : 08.01.2025 21:38