VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məcli...
12:20 22.11.2024
0
0
0
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin direktorunun müavini Şiahonq Yanqla görüşüb.
Nazirlikdən bildirilib ki, görüşdə bankla əlaqələrin inkişaf etdiyi qeyd olunub, dövlət-özəl tərəfdaşlığı, ətraf mühit, rəqəmsal inkişaf, enerji, ölkəmizin tranzit-logistika potensialının artırılması və müxtəlif infrastruktur layihələrinin reallaşdırılmasında bankın iştirakı yüksək qiymətləndirilib.
Tərəflər tərəfdaşlığın hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. İqlim dəyişikliyi ilə mübarizə üçün maliyyələşmə imkanları, eləcə də COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Digər xəbərlər