Sahibə Qafarova: Azərbaycan ilə Çin parlamentləri ...
19:36 12.03.2025
0
0
0
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ankarada Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə xüsusi nümayəndə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Ankaraya səfərimi yekunlaşdıraraq, türkiyəli həmkarlarıma Cənubi Qafqaz və regional məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Gürcüstandakı vəziyyət, habelə Ermənistan-Türkiyə normallaşması barədə açıq və konstruktiv fikir mübadiləsinə görə təşəkkürümü bildirirəm", - o qeyd edib.
Qrononun sözlərinə görə, danışıqlarda Cənubi Qafqaz ölkələri, Türkiyə, Mərkəzi Asiya və Aİ-yə fayda gətirə biləcək qarşılıqlı əlaqə və regional əməkdaşlıq imkanları müzakirə edilib.
"Qlobal çağırışların artması şəraitində regional sabitliyin, təhlükəsizliyin və davamlı sülhün təşviqi üçün səyləri ikiqat artırmaq son dərəcə vacibdir", - Aİ-nin xüsusi nümayəndəsi vurğulayıb.
Digər xəbərlər