NAXÇIVAN :

07 Dekabr 2025, Bazar

Ağdərədə mina hadisəsi zamanı bir nəfər xəsarət alıb - YENİLƏNİB

...

Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində 2025-ci il 10 iyul tarixində mina hadisəsi baş verib.

"Şərq qapısı" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

09:17

Ağdərədə mina hadisəsi baş verib.

"Şərq qapısı" AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Ağdərə rayon Həsənqaya kəndi ərazisində qeydə alınıb. Şıxarx qəsəbə sakini Quliyev Qulu Tufan oğlu mina partlaması nəticəsində xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Nəşr edilib : 10.07.2025 09:44