NAXÇIVAN :

20 Yanvar 2026, Çərşənbə axşamı

Ağdam və Xocavənddə açıq ərazidə yanğın başlayıb

...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Gülablı, Abdal və Xocavənd rayonunun Sos kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
"Şərq qapısı" xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Nəşr edilib : 24.07.2025 22:05