Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlıl...
15:53 27.06.2026
0
0
0
Su təsərrüfatı obyektlərinin yenilənməsi və suvarma infrastrukturunun təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilib.
"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Sabirabad rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı regional müşavirədə deyib.
O qeyd edib ki, 2025-ci il ərzində istismar planına əsasən aparılmış əsaslı təmir işləri çərçivəsində ölkə üzrə 55 kilometrdən artıq kanal beton üzlüyə alınıb, 10,4 kilometrdən çox boru kəməri yenilənib, 2813 metr daş-beton bənd əsaslı təmir olunub və 204 subartezian quyusu bərpa edilib.
Bununla yanaşı, 6378 subartezian quyusunda, 842 nasos stansiyasında və 2779 hidrotexniki qurğuda təmir işləri aparılıb, 31 milyon kubmetr suvarma kanalı və 10 milyon kubmetrə yaxın kollektor-drenaj şəbəkəsi lildən təmizlənib.
Digər xəbərlər