NAXÇIVAN :

19 Aprel 2026, Bazar

ABŞ Ukraynadakı münaqişənin altı aya həll olunacağını ümid edir

...

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukraynadakı münaqişənin altı ay ərzində həll olunacağına ümid etdiyini bildirib.

“Şərq qapısı”nın məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti NBC News-a deyib.

"Qan tökülməsinin qarşısını almaq üçün fəal şəkildə diplomatiya aparan prezidentimiz var. Bu belə olmalıdır. Düşünürəm ki, amerikalılar bununla fəxr etməlidirlər. Nəticə nə olursa olsun, müharibə üç aya, ya da altı aya bitəcək, inşallah daha çox olmayacaq, biz fəxr etməliyik ki, qanı dayandırmağa çalışan prezidentimiz var", - deyə o qeyd edib.

Nəşr edilib : 24.08.2025 19:15