Ramin Məmmədov: TDT regional sabitliyin və qlobal ...
12:45 30.06.2026
0
0
0
NAXÇIVAN :
30 Iyun 2026, Çərşənbə axşamı
Bu yaxınlarda Prezident İlham Əliyevlə görüşümüz oldu. Azərbaycandan qayıtdıqdan sonra bir daha əmin oldum ki, ABŞ etibarlı tərəfdaşlarla fəal əməkdaşlıq etdiyi zaman onun beynəlxalq nüfuzu daha da güclənir.
"Şərq qapısı" xəbər verir ki, bu fikirləri ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeh “Newsmax”da dərc olunan məqaləsində yazıb.
Arizona ştatını təmsil edən konqresmen bildirib ki, bu səfər mühüm həqiqəti bir daha təsdiqləyib: “Amerikanın müttəfiqləri ABŞ-nin liderliyini gözləyirlər”. Onun sözlərinə görə, Azərbaycan Vaşinqtonun gündəmində daim əsas mövzulardan biri olmasa da, dünyanın ən mühüm strateji məkanlarından birində yerləşir.
“Avropa ilə Asiyanın qovuşuğunda, həmçinin Rusiya və İranla həmsərhəd olan Azərbaycan mühüm enerji istehsalçısı, nəqliyyat qovşağı və etibarlı təhlükəsizlik tərəfdaşıdır. Ölkə Avropanın enerji müstəqilliyinin möhkəmləndirilməsində, ticarət dəhlizlərinin genişləndirilməsində və mürəkkəb geosiyasi şəraitdə regional sabitliyin təmin olunmasında getdikcə daha mühüm rol oynayır”, - deyə Hamadeh vurğulayıb.
Konqresmen qeyd edib ki, Prezident Donald Trampın rəhbərliyi dövründə Ermənistan və Azərbaycan davamlı və uzunmüddətli sülhə nail olmaq istiqamətində əhəmiyyətli irəliləyiş əldə ediblər. Bu tarixi irəliləyiş iqtisadi artım, regional sabitlik və uzunmüddətli rifah üçün yeni imkanlar yaradır. Lakin bu imkanlar yalnız sülh şəraitində tam reallaşa bilər.
“Ermənistan və Azərbaycan arasında əldə olunmuş tarixi sülh sazişi uğur qazanması üçün davamlı beynəlxalq diqqət və dəstək tələb edən siyasi çərçivə formalaşdırır. Belə həlledici məqamda ABŞ prosesdən kənarda qala bilməz. Amerikanın maraqları etibarlı tərəfdaşların uğur qazandığı və sülhün ABŞ-nin davamlı liderliyi sayəsində möhkəmləndiyi şəraitdə daha etibarlı şəkildə təmin olunur”, - deyə Abraham Hamadeh məqaləsində qeyd edib.
Digər xəbərlər