AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsi...
11:30 25.12.2024
0
0
0
NAXÇIVAN :
25 Dekabr 2024, Çərşənbə
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova bildirib ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda başlayan milli-azadlıq mübarizəsinin ən gərgin vaxtında Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıdığını uzaqgörənliklə müəyyən etdi. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə uşaqlar üçün keçirilən bu bayram tədbiri uşaqlar üçün böyük əhəmiyyət kəsb edir. Bu cür tədbirlər həm milli mədəniyyətin təbliği, həm də uşaqların milli dəyərlər və həmrəylik mövzusunda maariflənməsi baxımından mühüm rol oynayır. Aytən Məmmədova uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək onlara yeni ildə yeni-yeni uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası sədrinin müavini Xatirə İbrahimli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları – Xəzəngül Orucova və Gülxarə Tarverdiyeva tədbirdə çıxış edərək əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dünya azərbaycanlıların həmrəyliyi ideyasından danışıblar. Bildirilib ki, Ulu Öndərin dövlətçilik ideologiyası səviyyəsinə qaldırdığı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim rəhbər tutduğu Azərbaycançılıq məfkurəsi dünyada yaşayan hər bir soydaşımızı ümummilli hədəflərə yönləndirib.
Diqqətə çatdırılıb ki, Vətən müharibəsi günlərində dünyada yaşayan soydaşlarımızın bu haqq işimizə verdiyi dəstək yurd sevgisinin nə qədər yüksək olduğunu bir daha təsdiq etdi. Bu səbəbdən dünya azərbaycanlıları həmrəylik gününü, bu möhtəşəm bayramı sonsuz sevinc və qürur hissi ilə qeyd edirlər.
Çıxış edənlər uşaqları təbrik ediblər.
Çıxışların ardından 2024-2025-ci tədris ilində təhsil, incəsənət və idman sahəsində nailiyyət əldə edən 16 uşağa diplom və hədiyyə, aztəminatı ailədən olan 19 uşağa mövsümi qış geyimi verilib, şəhid və qazi övladları, sağlamlıq imkanları məhdud və aztəminatlı ailədən olan 48 uşağa isə geyim hədiyyə edilib.
Tədbirin bədii hissəsində Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin tabeliyindəki mədəniyyət müəssisələrinin kollektivləri ədəbi-bədii kompozisiya ilə çıxış edib, mahnılar ifa edərək uşaqları əyləndiriblər. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorları uşaqlar üçün səhnəcik nümayiş etdiriblər. Şaxta baba və Qar qızın səhnəyə gələrək uşaqlara hədiyyələr verməsi bayram tədbirini daha əyləncəli edib. Beləliklə də, uşaqlar rəqs edərək əyləniblər.
Sonda uşaqlarla xatirə fotosu çəkdirilib.
Digər xəbərlər