NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

2030-cu ilədək pambıq sahələrinin 42 min hektarı müasir suvarma ilə təmin olunacaq

...

Pambıqçılıqda məhsuldarlığın yüksəldilməsi məqsədilə müasir suvarma sistemlərinin tətbiqi genişləndiriləcək.

"Şərq qapısı" xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabad rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı regional müşavirədə deyib.

Nazirin sözlərinə görə, hazırda 6,6 min hektar pambıq sahəsi müasir suvarma sistemləri ilə təmin olunub. Dövlət Proqramına əsasən bu göstəricinin 2030-cu ilədək təxminən 42 min hektara çatdırılması planlaşdırılır.

Nəşr edilib : 24.06.2026 12:38