NAXÇIVAN :

24 Sentyabr 2026, Cümə axşamı

2027-ci ildə Ümumi Daxili Məhsulun qeyri-neft sektoru üzrə 4,4 faizlik real artım tempi proqnozlaşdırılır

...

Makroiqtisadi sabitliyin və dayanıqlığın təmin olunması məqsədilə 2027–2030-cu illər üzrə iqtisadi proqnozlarda və büdcə hesablamalarında (baza ssenaridə) neftin qiyməti 65 ABŞ dolları götürülüb.

"Şərq qapısı" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozlarının müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnoz edilir. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,2 faizdir. “Makroiqtisadi proqnozlara əsasən 2027-ci ildə Ümumi Daxili Məhsulun 2,7 faiz (141.0 milyard manat), qeyri-neft sektoru üzrə 4,4 faizlik real artım tempi proqnozlaşdırılır. Qeyri-neft sektorunun ÜDM-də payının cari ilin sonuna gözlənilən 72,5 faizdən 2030-cu ilin sonuna 82 faizə yüksələcəyi hədəflənir”, - deyə Baş nazir vurğulayıb.

Nəşr edilib : 24.09.2026 17:06